DHA xəbər verir ki, Xəlil Gülçür 24 gün əvvəl “Mozart” gəmisindən qaçırılan 15 dənizçidən biridir.
Onun sözlərinə görə, həmin gün piratlar onların gizləndikləri yeri 10 dəqiqə ərzində tapıblar. Quldurlar təxminən yeddi saat bağlı qapını açmağa çalışıblar. “İçəri girəndən sonra bizi gəmiləri ilə adaya apardılar. Orada 21 gün qaldıq”, – deyə hücuma məruz qalan şəxs bildirib.
O qeyd edib ki, çox şiddətə məruz qalmadıqları üçün şanslıdırlar:
“Düz 21 gün ailəmizlə danışmağa qoymadılar. Sərbəst buraxıldıqdan sonra Nigeriya səfirliyinə gətiriləndə ailəmizin səsini eşidə bildik. Xilas olacağımıza inanırdıq, amma stressin çoxluğundan qorxularımız da var idi. Çünki qaçırıldığımız an xoşagəlməz şeylər yaşadıq. Onlar bizə çatan kimi atəş səsləri eşitdik. Dostumuz yanımızda öldü”.
Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.
Hadisə nəticəsində gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə həlak olub.
Müstəqil.Az
mənbə:n Oxu.az