“Azərbaycandan can qardaşlarımız can qurtarmağa gəliblər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Atila Sertel sosial şəbəkə hesabında paylaşıb.
Türkiyəli deputat Kahramanmaraşa cəlb olunan Azərbaycan xilasediciləri ilə görüşdüyünü bildirib.
Xatırladaq ki, fevralın 6-sı Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda həlak olanların sayı 5894, yaralıların sayı isə 34810 nəfərə çatıb.