Türkiyəli məşhurlar Gəncə terrorundan yazdı – Alçaqlığın dünyəvi tarixinə bir səhifə də əlavə olundu

Türkiyəli məşhurlar Gəncə terrorundan yazdı – Alçaqlığın dünyəvi tarixinə bir səhifə də əlavə olundu

Xəbər veridyimiz kimi, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Publika.az xəbər verir ki, Gəncədə törədilən növbəti terror hadisəsinə türkiyəli sənət adamları biganə qalmayıb. Müğənni Ebru Gündeş, Alişan, Semet Akalın, Sibel Can, Hadisə, aktyor Mahsum Kırmızıgül, Murat Boz və başqaları milyonlarla izləyicisi olan instaqram hesablarında Gəncədə baş verən dəhşətdən yazıb.

“Canımız Azərbaycana günahsızlar hədəf alınaraq edilən xain hücumu qətiyyətlə pisləyir, itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Hər zaman, hər şərtdə yanındayıq! Dualarımız sizinlədir…” Ebru Gündeş

“Gəncə Mingəçevir şəhərlərində Ermənistanın ağlını itirmiş rəhbərliyi mülki insanlara və günahsız uşaqlara yatarkən raket zərbələri endirir, müharibə aparır, insanlığa qarşı cinayət törədir. Mərhumlara Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirəm. Müharibələr ardında xaraba evlər və yetimlər qoyur. Ümid edirəm ki, bu müharibə böyüməz. Və ən qısa müddətdə sülh əldə edilər”. Mahsum Kırmızıgül

“Ürək dağlayan mənzərələr… Dualarım və bütün düşüncələrim Azərbaycan xalqı ilədir” – Sami Yusif

“Erməni soyqırımı deyə-deyə bir yerlərinizi yırtdınız… Dedik ki, bizim uşaqla, qadınla, yaşlı, qətliam, soyqırımla işimiz olmaz. Biz düşmənimizlə qəhrəmancasına döyüş meydanında vuruşuruq. İl olub 2020 və Ermənistan müharibə qaydalarını pozaraq sivillərin üzərinə bombalar yağdırır, uşaqlar qadınlar ölür… Dünya sadəcə kiçik xəbərdarlıqla edir, amma bunu belə etməyən ölkələr var. Qısası Ermənistan özünə yaraşanı həyata keçirməyə davam edir, dünya isə bunu seyr etməyə! Odur ki, biz bir olmalıyıq, sağ olmalıyıq, böyüməliyik. İnşallah zəfər Azərbaycan Ordusunun olacaq və Qarabağ Azərbaycanındır” – Alişan

“Azərbaycana edilən xain hücumda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm” – Hadisə

“Yuxusunda sivilləri hədəf alacaq qədər qorxaq, körpələrin ölümünə səbəb olacaq qədər xaraktersiz bu hücuma gözünü bağlayan dünyaya yazıq…” – Aktyor Alp Navruz

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain hücumlar nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbr diləyirəm. Dualarımız sizinlədir. Başımız sağ olsun!” – Murad Boz

“Adına zülm de, terror de, vəhşilik de, insanlıq suçu de… Nə deyirsən, de! Az demiş olarsan. Alçaqlığın dünyəvi tarixinə bir səhifə də əlavə olundu dünən gecə…” – Ece Üner

“Qardaş Azərbaycanın yanındayıq, yalnız deyil” – Gülben Ergen

Share: