Müxtəlif sahələr üzrə elə məşhurlar var ki, onlar ali təhsil alsalar da, ixtisasaslarında uğurlu olmayıblar.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəziləri vəkillikdən müğənniliyə, memarlıqdan aktyorluğa gəliblər.
Budur, həmin məşhurlar və onların əsl peşələri…
Ebru Polat
Məşhur müğənni 15 ildən sonra vəkil peşəsinə qayıdır
Müğənni fasilə verdiyi vəkillik peşəsinə qayıtmaq qərarına gəlib. Polat bu barədə sosial media hesabında məlumat verib:
“Gələn həftədən mənə “vəkil xanım” deyəcəksiniz. 15 ildən sonra peşəmə qayıtdım”.
Ebru Polat İstanbul Vəkillər Kollegiyasında çəkdirdiyi fotosunu izləyiciləri ilə paylaşıb
Yaşar
Müğənni Yaşar məşhurlaşmamışdan əvvəl turist bələdçisi işləyib.
Ferhad Köçer
Məşhur müğənninin əsas peşəsi həkimlikdir. Eyni zamanda konservatoriyanın xanəndəlik fakültəsində təhsil alıb.
Hande Yener
Tanınmış müğənni xadimə işləyib. Bir gün Sezen Aksu işlədiyi mağazaya girəndə onun bütün həyatı dəyişib.
Buğra Gülsoy
Əsas peşəsi memardır. Gülsoy Doğu Akdeniz Universitetini bitirib.
Kenan İmirzalıoğlu
Kənan İmirzalıoğlu məşhur olmasaydı, akademik olardı. O, “Yıldız Texniki Universiteti”nin Riyaziyyat fakültəsi məzunudur.
Serdar Ortaç
Atasının xahişi ilə o, dəzgahda fəhlə işləyib.
Tuba Büyüküstün
Əsas məşğuliyyəti dekorasiya və səhnə tərtibatçılığıdır.
Dəniz Seki
Dəniz Seki əvvəllər kosmetoloq olub.
Davud Güloğlu
Davud “Güloğlu Rize Belediye Spor” klubunun futbolçusu olub.
İbrahim Tatlıses
Məşhur olmadan əvvəl inşaat işçisi olan Tatlısəs tikintidə mahnı oxuyarkən adanalı bir kinorejissor tərəfindən kəşf edilib.