Müstəqil.az xəbər verir ki, yaxın günlərdə qardaş Türkiyədən bir qrup rəssam Bakıya səfər edəcəkdir.
Nəvai Metinin verdiyi məlumata görə 21-25 yanvar tarixlərdə Türkiyədən bir qrup rəssamların və Azərbaycanlı rəssamların birgə plener-simpoziumu keçiriləcək. Belə ki, rəssamlar qrup şəklində rəsmlər çəkəcək, şəhərimizin görməli , tarixi yerlərini gəzəcəklər. İçərişəhər, inkişafda olan Sumqayıt şəhəri , Atəşgah və başqa yerlərə səfərlər də nəzərdə tutulmuşdur. UASB nin təşkilatçılığı ilə baş tutacaq tədbir 25 yanvar tarixində yeni çapdan çıxmış “ Çağdaş dünya rəssamları” adlı kataloq- kitabın təqdimatı ilə başa çatacaq.