Türkiyəli məşhur sənətçi Burhan Çaçan 62 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında gəzintiyə çıxan Çaçan evə qayıtdıqdan sonra infarkt keçirib.
Onun bir müddət əvvəl ürək xəstəliyindən müalicə aldığı bildirilib.
1981-ci ildə ilk albomunu çıxaran Burhan Çaçan “Sefa Geldin”, “Ben Yarım Neler Alayı”, “İpek Mendil”, “Memik Oğlan”, “Ayaz Geceler” və “Yağ Yağmur” mahnılarının ifaçısıdır.
O, həmçinin “Ağlama”, “Her Yer Karanlık”, “Ayaz Geceler” və “Yağ Yağmur” filmlərində rol alıb.