Türkiyədə geniş tamaşaçı kütləsinin izlədiyi “Miss Türkiyə 2022” yarışmasının nəticələri açıqlanıb.
“Qafqazinfo” Haberler.com-a istinadən xəbər verir ki, Türkiyənin ən gözəl qızı adına Nursena Say layiq görülüb.
İkinci yerə isə Aleyna Şirin seçilib.
Üçüncü yeri 1984-cü ildə Avropa gözəli seçilən Neşe Erberkin qızı Selin Erberk Qurdikyan tutub.
Qeyd edək ki, 24 yaşlı Nursena Say bu titulla Türkiyəni “Miss World” yarışmasında təmsil etmək hüququ qazanıb.