Türkiyənin Böyük Şəhər bələdiyyələri üzrə seçkilərin ilkin nəticələri məlum olub

Türkiyənin Böyük Şəhər bələdiyyələri üzrə seçkilərin ilkin nəticələri məlum olub

Türkiyənin Böyük Şəhər bələdiyyələri üzrə seçkilərin ilkin nəticələri məlum olub

Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilk nəticələr açıqlanıb.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, umumi seçki qutularının 12,77 faizi açılıb.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,41% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıklara əsasən hələlik seçicilərin 42,03%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 55,25% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 37,08% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır – Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.

Share: