“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
“Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, – nazir bildirib.
M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir.
Qeyd edək ki, aprelin 30-da və mayın 3-də Türkiyə “Flyone Armenia”nın Avropaya uçuşları üçün hava məkanını bağlayıb.