Yanvarın 7-də Türkiyənin İdlibdəki baza ərazilərini təhdid edə biləcək və hansı ölkəyə aid olduğu bilinməyən pilotsuz uçuş aparatı aşkar edilib.
-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən mənbə bildirib.
Qeyd olunub ki, PUA-nın fəaliyyətinin qarşısı dərhal Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən alınıb:
“Suriya sərhədində fəaliyyətlər Rusiya Federasiyası ilə sıx koordinasiya əsasında həyata keçirilir”.