Türkiyənin Mərkəzi Bankı 26 aylıq fasilədən sonra ilkə imza atdı

Türkiyənin Mərkəzi Bankı 26 aylıq fasilədən sonra ilkə imza atdı

Türkiyə Respublikasının Mərkəzi Bankı (TRMB) uçot dərəcəsini 10,5 faizdən 9 faizə endirib. Beləliklə tənzimləyici son 26 ayda ilk dəfə uçot dərəcəsini təkrəqəmli səviyyəyə çatdırıb.

Xatırladaq ki, TRMB 2020-ci ilin sentyabrında uçot dərəcəsini 8,25 faizdən 10,25 faizə yüksəldərək ikirəqəmli səviyyəyə keçmişdi. Bununla da 26 aylıq fasilədən sonra yenidən təkrəqəmli həddə qayıdıldı.

TRMB-nin növbəti iclası dekabrın 22-də keçiriləcək.

Mənbə: Hürriyet

Share: