Türkiyənin məşhur “Sinema Gözəli yarışmasının” Azərbaycan seçimləri başlayır…

Türkiyənin məhşur  “Sinemanın kral və kraliçasi”: 2-ci sinema güzeli yarışmasiı” layihəsinin  Azərbaycan seçiminə start veriləcək.
Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi  məhşur sənətçilərin  də ötən əsrdə iştirak etdiyi  və “Sinemanın  Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” adlanan layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanılacaq. Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənclər iştirak edəcək. “Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verəcəyi gənclər arasından   sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaqlar. Onlar  birbaşa İstanbulda keçiriləcək  son final yarışmasına qatılacaqlar. Türkiyə,  bəzi Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.
Layihənin məqsədi istedadlı gənclərin müsbaiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır.
“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs”  jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın  bir çox  istedadlı gəncləri  məhşur aktyor və aktrisalar  kimi tarixə düşdülər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” oldu.
Seçim turu: 21 yanvar, 2018-ci il, Pullman Hotel (Mikayıl Müşfiq küç.),  saat 14:00-17:00-a kimi
Mətbuat konfransı:  21 yanvar, 2018-ci il, Pulman Otel, saat 17:00  Əlaqə: 0514338116 Günel Mürsəlli, email:[email protected]
 Müstəqil.Az

Share: