Türkiyənin şərtləri qəbul olunur – Terror qrupu Menbiçdən çıxarılacaq

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.
Bundan sonra ərazinin təhlükəsizliyini ABŞ və Türkiyə qoşunları birlikdə təmin edəcək.
Məlumata görə, görüşlə bağlı müzakirələr zamanı Türkiyənin irəli sürdüyü şərtlər ətrafında fikir mübadiləsi aparmaq təklifi böyük ölçüdə qəbul olunub.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu tərəflərin Menbiçlə bağlı razılıq əldə edəcəyi halda təhlükəsizliyin birlikdə təmin olunacağını, bu modelin daha sonra başqa ərazilərdə tətbiq ediləcəyini açıqlamışdı.(Axar.az)

Share: