Türkiyə Super Liqasında III turun növbəti oyunları keçirilib.
Ötən tur “Qalatasaray” səfərindən qələbə ilə dönən “Giresunspor” bu dəfə “Kasımpaşa”nı məğlub edib.
“Hatayspor” doğma meydanda “Qaziantep”ə uduzub.
Son çempion “Trabzonspor” səfərdə “Antalyaspor”a məğlub olub.
Türkiyə Super Liqası
III tur
20 avqust
Hatayspor – Qaziantep – 1:2
Qollar: A.El Kabi, 31 – J.Fiqueredo, 7, M.Yevtoviç, 49
Giresunspor – Kasımpaşa – 1:0
Qol: R.Bayiç, 90
Antalyaspor – Trabzonspor – 5:2
Qollar: Fernando, 14, H.Rayt, 40 (penalti), 90+8, G.Bayrakdar, 81, 90+6 – E.Bardi, 45+5, 73