Türkiyənin tanınmış iş adamı Afyonkarahisarda İbad Hüseynlinin adına verilən küçənin açılışına qatılacaq

Türkiyənin tanınmış iş adamı Afyonkarahisarda İbad Hüseynlinin adına verilən küçənin açılışına qatılacaq

Türkiyədə tanınmış iş adamı, DERELİ Grupun rəhbəri Cem Dereli Qarabağ qazisi və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adına Afyonkarahisar şəhərində verilən küçəsinin açılış mərasimində iştirak edəcək.

Bu haqda saytımıza iş adamı Yıldıray Sarıalioğlu məlumat verib.

Xatırladaq ki, küçə ilə bağlı Afyonkarahisar şəhərinin Çayırbağ bələdiyyə məclisi qərar qəbul edib.
Küçənin açılış mərasimi oktyabrın 17-də yerli vaxtla saat 15:00-da keçiriləcək. Mərasimə Türkiyə rəsmiləri qatılacaqlar.
Qeyd edək ki, tədbirdə iştirak üçün İbad Hüseynli, eləcə də Azərbaycandan QHT və KİV nümayəndələri də qardaş ölkəyə dəvət edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin bir neçə şəhərində İbad Hüseynlinin adın küçə və parkların açılışı olub.

Share: