Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR – VİDEO

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR – VİDEO

Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edən şəxs 3-cü ölkəyə keçə bilməyib.

Müstəqil.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu hadisə paytaxt sakini İsmayıl Eyyubovun başına gəlib.

O, iyunun 18-i Türkiyəyə işgüzar səfər edib. İki gün sonra isə xarici pasportu ilə Türkiyə üzərindən Gürcüstana keçmək istəyib. Bu zaman o, hava limanında təyyarəyə buraxılmayıb.

Turizm üzrə ekspert Murad Əhədzadə bu problemin son günlər çox yaşandığını deyir. Bildirir ki, Türkiyə üzərindən tranzit olaraq üçüncü ölkəyə səfər etmək istəyənlər Azərbaycanı tərk edərkən mütləq Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə deyil, xarici pasportla daxil olmalıdırlar. Çünkü üçüncü ölkəyə daxil olmağın əsas şərti Azərbaycanı tərk edərkən xarici pasporta möhürün vurulmasıdır.

Murad Əhədzadə bildirir ki, Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə səfər imkanı yeni olduğundan, tranzit uçan turistlər məlumatsızlıqdan tez-tez belə problemlə üzləşirlər. Ancaq yaxın gələcəkdə bu problemin həll edilməsi gözlənilir.

Xatırladaq ki, aprel ayının 1-dən etibarən Azərbaycan vətəndaşları tək şəxsiyyət vəsiqəsi ilə yalnız Türkiyəyə səyahət edə bilərlər. Həmin ölkədə vizasız qalma müddəti isə 90 gündür.

Share: