Avstriyanın paytaxtı Vyanada PKK tərəfdarları ilə türklər arasında qarşıdurma yaşanıb.
Müstəqil.Az xəbər verir ki, terrorçulara pərəstiş edən bir qrup şəxs şəhərin mərkəzi meydanında provokativ nümayiş təşkil edərək Türkiyənin ünvanına təhqiramiz ifadələr işlədiblər.
Bunu qəbul etməyən türklərlə terrora meyilli şəxslər arasında qarşıdurma yaşanıb.
Tərəflər bir-birilərinə daş və motolof kokteyli atıblar. İnsident zamanı 2 polis əməkdaşı yaralanıb.
Qəribəsi odur ki, Avstriya polisi olayda 20-yə yaxın türkü təqsirli bilərək onlara müxtəlif inzibati cəzalar tətbiq edib.
Kamran Ə.