Türkmənbaşı qadınlar üçün oxudu – Video

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yenidən öz hərəkətləri ilə mətbuatın diqqət mərkəzinə düşüb.

Müstəqil.Az xəbər verir ki, türkmənbaşı bu dəfə Türkmənistan qadınları üçün “konsert” verib. Belə ki, prezidentin qadınlar üçün türkmən, ingilis və rus dillərində mahnılar oxuyub.

Türkmənbaşı mahnıları canlı şəkildə ifa etməyib, sadəcə olaraq, onun ifası əsasında müəyyən klip hazırlanaraq tədbir iştirakçılarına təqdim edilib.

Prezidentin bu görüntüləri televiziyalar tərəfindən 8 martda yox, 18 martda yayımlanıb.

Ülkər

Share: