Türkün ayaq izi pozulmaz: Ukraynada hərb qalası Arslan Kirman. İndi Kaxovka.

Türkün ayaq izi pozulmaz: Ukraynada hərb qalası Arslan Kirman. İndi Kaxovka.

Tarixən ünlü və şanlı Türk qalası sayılan Arslan Kirmanın bu günkü adı Kaxovkadır; Ukraynada günümüzdə Xersonun vilayət mərkəzidir. Dneprin sol qıyısında, Xan Burun adlı coğrafi bölgədə yer almaqdadır. Şəhərin yerləşdiyi ərazi özündə İskit məskəni qalıntılarını tutmaqda, ayrıca Türk-Kıpçaq bəlirtiləri olan azman daş heykəllər də hələ də onun köksündə qalmaqdadır. Uçsuz- bucaqsız çöllərin ağır səssizlik içində yatışını kurqanlar pozur.

Əski Arslan Kermen qalası anısına inşa edilmiş bina

Zaman Türk zamanıydı … Artıq 15-ci yüzilliyin sonlarına doğru Dneprin (Uzu çayı) aşağı axarları üzərində Osmanlı dövlətinin bir-birinə yaxınlıqda sıralanan Can Kirman, Qazı Kirman, Tekin, Aslan Ərdək Kirman, Əski Taban, Mübarək Kirman, Arslan Kirman, Sarı Kirman, Fərəh Kirman qalalari kimi gözətləmə və önəmli savaş qullələri yüksəlirdi. Bu qalalar Dneprin aşağılarını növbət çəkməklə Kırımın sərhədlərini, Qara dənizin giriş qapısını qoruyurdu. Hər şeydən öncə bu qalalar çapqınçı kazakların saldırısına mətanətlə sinə gərirdi.

Kaxovka (əski: Arslan Kirman) çölündə Kurqan. Üzərində savaşçılar heykəli tikilmiş(20 yy.)

Amma yenə 17-18 yüzilliyin qovşağında Pyotrun Azak boyuna ardıcıl səfərləri, nəhayət Azak və diğər qüllələrə sahiblənən Rus çarının saldırgan niyyətləri bu təhlükə buludlarını qatılaşdırır. 18 yüzilliyin ilk yarısında bu saldırgan girişimləri feldmarşal (müşir) Xristofor Minix komandası altında çox sayda Rus ordusu necə deyərlər, sözdən əmələ keçirdi. Odur ki, 18-ci əsr  boyunca bütün savaşlarda Ruslarla mücadilədə Qafqaz mövzusunu diqqətə alan “Osmanlı hökûməti, Çıldır valisi Süleyman Paşa aracılığıyla Dağıstan və Azərbaycan xanlarına, hakimlərinə baş vuraraq savaş sırasında onların da yardımını və dəstəyini qazanmaq üçün  girişimlərdə bulundu; ayrıca Kabartay əmirlərinə və hətta Buxara xanına da məktublar göndərərək “Rus topraqlarına könüllü birliklər  göndərərək hüculmlar düzənləmələrini istəmişdi”(3, 4 c., s.99).

Kaxovka(Arslan Kirman) çöllərində “Oğuz kurqanı”

Bütün bunlar nə zamandan bəri Osmanlı-Rus savaşlarına meydan olan Qafqaz cəphəsinin önəmini göstərir. Bu qalalar sadəcə Qaradənizin yolunu deyil, daha çox Qara dənizdən İstanbul qapılarına açılan yolu qorumalı idi. Qudrətli Kirim xanı Mengli Gəray sağlam istehkamlara sahib olan Arslan Kirman qalasını (Ruslar və Ukraynalılar da bu şəhəri Aslan qorod ”şehir” adlandırırdılar) təkrar bərkitdi və onu qürurla İslam Kirman adlandırdı (1492). Kirman türk-tatar dillərində qala, istehkam şəhər; istehkam deməkdir (2, 157). Tatarlar bir qayda olaraq əskəri qüllələrə kirman ~ kermen adı verirlərdi. Buradan yağmacı  kazakların güçlənən quldur basqınlarını önləmək mümkün idi. Bu qalalardan biri Aslan Kirman idi. Qala burada öncədən də mövcut olan Türk surlarının üzərində yenidən möhkəmləndirilmişdi: 1492-ci il idi. Osmanlının gərilmiş sağlam qanadları altında əski Qıpçak torpaqları özgür, köküs dolusu nəfəs alırdı. Bu, uzun sürmür; dönə- dönə Aşağı Dnepr (Uzu nehri) boyu torpaklara saldıran yağmacı kazakların 16-cı əsrdən basqınları sürətlənir; belə ki, 1556-1576-cı illər  arası Sarı Qamış (indi: Zaporojye) kazakları bölgəni ardıcıl şəkildə talan edib sayısız qənimətlərlə geri dönürdülər. Qala 1795-də  Ukraynanın hetmanı Mazepa tərəfindən alınıb xaraba qoyuld. Amma o bilmirdi ki, nə özünü, nə də vətənini  Rusyanın caynağından qurtara bilməyəcəkdi. Və Poltava savaşındakı (1709) yenilgisindən sonra canını Pyotr güçlərindən zorla qurtarıb sultana sığınacaqdı. Pyotrun Azak səfəri bu yerlərin dinç həyatını pozdu. Dəli-dolu çar bu səfərə yüklü miqdarda quvvət çəkmişdi: Azov üstünə və çevrədəki bütün torpaqları istila etməyə sövq etdiyi ordu Rus nizami ordusu ilə bərabər böyük üstünlüklə Mordva və Mişar Tatarları, Kalmıklar, Çuvaşlar və s. bu sırada xristianlaşdırılmış Tatar – müsəlman təbəələrini və əlbəttə kazakların ciddi  iştirakı ilə çar ordusu yolu üzərindəki bir çox qalaları yıxıb uçurduğu kimi İslam Kirmanı da dağıdıb keçdilər (1695). Xaraba qala illərcə  kimsənin ağlına düşmürdü. Fəqət yeni Rus- Türk Savaşı sırasında əski qalanın təməlləri üzərində yeni ismi Şahin Gəray olan qalanın surları yüksəldildi (1771).Ancaq bu ərazilərin Rusların kontroluna keçməsi uzun sürdü; 1783- də Quzey Tavriyanın (Kırımın) Rusiyaya keçməsinə dək hələ qalaya əhali köçürülməmişdi. Amma az sonra  işlər  dəyişir; belə ki, 19 avqust 1787-də Kiçik Qaynarca barışının ağır şərtlərini yenə bilməyən, özəlliklə Kırımın qeybi ilə barışa bilməyən sultan eynı il Rusiyaya savaş elan etti. (3, 4 c. s.99) Sonuç Rusların xeyrinə oldu: Yeni Rus-Türk Savaşı ilə 1791-ci ildə Ruslara keçən bu yerlərin intensiv şəkildə köçmənlərlə yerləşdirilməsi güçləndi. Artıq 18-ci əsrin sonunda Quzey Kırımda “yeni yerler” in   köçürmə əhali ilə  məskunlaşdırıldığı bəzi yerləşim birimləri meydana gəlmişdi.

Arslan Kirman anısına qala qapısı və bürcü

Bax, bu zaman İslam Kirman artıq yavaş -yavaş ticarət bölgəsinə dönüşməkdə idi. 1791-ci ildə şəhərə  18-ci əsrin  ikinci yarısındakı Rus-Türk savaşları əsgəri və 1784-88-ci ildə Tavriyanın hakimi olmuş general Mixail Vasilyeviç Kaxovskinin (1734-1800) adı verildi. General Kaxovski bu sırada 1789- 1791 ili Rus-Türk savaşından yeni çıxmışdı və həm də bu zaman Tavriyanın (Kırım əyaləti artıq yunanca belə adlandırıldı.) hakimi idi (1, c.3, s.434).19-cu yüzilliyin ilk yarısında Xerson vilayətinin əsas baş şəhəri olaraq yaşamını sürdürürkən, yüzilliynn  2-ci  yarısından nəhəng məntəqəyə  çevrildi. Aslan Kirmanın (Kaxovkanın) Dneprin aşağılarında yerleşmesi tüccar ve alış- verişçilərin buraya toplaşmasına nədən olmuşdu. Həm də bol neməti ilə zəngin olan Kırımdan çumaklar (arabaçılar) gece-gündüz duz, balıq daşıyıp gətirirdilər. Burada ticarət yarmarkası organizə edilirdi. Kırım Savaşının tarixində yeni səhifə açılır: Rus ordusunun cəbbəxanası, savaşın bir çox ehtiyatı burada saxlanılırdı. Şəhərdə  yaralılar üçün də çox hospitallar inşa edildi.

 1.Ukrayna SSC-nin şehir ve köylerinin tarihi, Kiyev, 1978.

  1. Nikonov Vladimir Andreyeviç. Kısa toponimik sözlük, Moskva, 1966.
  2. Yaşar Yücel, Ali Sevin. Türkiye tarihi, 4 c.,Osmanlı dönemi(1730-1861), TTK Basımevi, Ankara, 1992.

Prof. dr. Minaxanım Təkləli Nuriyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

 

 

 

Share: