“Məhbuslardan birinin öldüyünü görən nəzarətçilər digərlərini yerdə uzanmış vəziyyətdə, dəriləri isə parça-parça olmuş halda görüblər”
“Əməlli-başlı zombiləşiblər. Hətta gözü dönmüş bir neçə məhbus nəzarətçiyə hücum çəkərək onu parçalayıb və öldürüblər”
Bəşər tarixinin ən qorxunc təcrübələrindən biri İkinci Dünya Müharibəsi illərində Rusiyada baş tutub. “Rus yuxusu” adlanan qandonduran təcrübə hadisədən xəbər tutanları dəhşətə salıb.
“Sherg.az” Türkiyənin “yeniakit.com.tr” saytına istinadən xəbər verir ki, “rus yuxusu” təcrübəsi əsasən düşmən sayılan siyasi məhbuslara tətbiq edilirmiş:
“Təcrübə əsasında beş dustaq bir otağa qapadılıb və 30 gün ərzində yuxuya getmələrinə imkan verilməyib. Müvəffəq olanların sərbəst buraxılacağı da vəd olunub. Təcrübədən öncə otağa 30 günlük su və qida qoyulub. Bir də səslərini duymaq üçün mikrofon yerləşdirilib. Seçilmiş məhbusların yatmasının qarşısını almaq üçün otağa mütəmadi olaraq qaz və oksigen verilib.
İlk 5 gün ərzində dustaqlar o qədər də narahatlıq hiss etməyiblər. Ancaq beşinci gündən sonra şikayətlər gəlməyə başlayıb. Təcrübənin doqquzuncu günü məhbuslar əsəblərini itirmiş vəziyyətdə sağa-sola hərəkət etməyə başlayıblar. Dustağın biri bərkdən çığırdığı üçün səs telləri parçalanıb. Digər məhbuslar isə yalvarmağa başlayıblar”.
Təcrübənin 12-ci günü isə dustaqlardan heç bir səs gəlməyib. Alimlər oksigen səviyyələrini və mikrofonları yoxladıqda ciddi problem olmadığını görüblər. 2 gün gözlədikdən sonra türmə nəzarətçiləri içəri giriblər və gördükləri mənzərə qarşısında dəhşətə gəliblər.
Məhbuslardan birinin öldüyünü görən nəzarəçilər digərlərini yerdə uzanmış vəziyyətdə, dəriləri isə parça-parça olmuş halda görüblər. Yerdə qan və qusmaq izləri də varmış. Yuxusuz qalan dustaqlar bir-birinin ətini yeməyə başlayıblar və əməlli-başlı zombiləşiblər.
Hətta gözü dönmüş bir neçə məhbus nəzarətçiyə hücum çəkərək onu parçalayıb və öldürüblər. Ən maraqlısı isə odur ki, əvvəlcə çölə çıxmaq üçün dil tökən məhbuslar 15 gündən sonra içəridən çıxmağı rədd ediblər.
Lakin daha sonra təhlükəli varlıq kimi hamısı öldürülüb.