Tviter “Threads” platformasına görə “Meta”nı məhkəməyə verə bilər

Tviter “Threads” platformasına görə “Meta”nı məhkəməyə verə bilər

Tviter “Threads” adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə “Meta”nı məhkəməyə verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, tviteri təmsil edən “Quinn Emanuel” şirkətinin hüquqşünası Aleks Spiro “Meta”nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı “Twitter”in əqli mülkiyyətindən istifadədə ittiham edib.

“Tviter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və “Meta”dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmaq üçün dərhal addımlar atmasını tələb edir”, – deyə Spiro bildirib.


Share: