Tviter sosial platformasının reklam gəlirlərinin təxminən 50 %-i azalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Bildirilib ki, ağır borc yükü səbəbindən tviterin pul axını mənfi olaraq qalır.
Nəşr vurğulayıb ki, şirkətin qeyri-borc xərcləri 2023-cü ildə proqnozlaşdırılan rəqəmlərdən daha çox olub.