“Twitter” sosial şəbəkəsi Rusiya Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Avqustun 5-nə keçən gecə “Twitter” platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb. Buna səbəb Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları rəhbəri general-leytenant İqor Kirillovun brifinqindən ABŞ-ın hərbi bioloji fəaliyyəti ilə bağlı çıxarışların dərci olub”, – Zaxarova məlumat verib.
Onun fikrincə, sosil şəbəkə rəhbərliyinin bu addımı Rusiyanı susdurmaq cəhdidir.
Mənbə: TASS