“UAM“ jurnalında Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərildi

“UAM“ jurnalında Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib

Rusiya Federasiyasının “Ural hava yolları” şirkətinin rəsmi mətbuat orqanı olan “UAM” jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

REAL-ın Moskva bürosunun məlumatına görə, jurnalın №5 (117)/ İyun / 2019 sayında “Günəşli Ermənistana Vertalyot turları” adlı reklam yerləşdirilib.

Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertalyot turlarının təşkili də qeyd edilib.

Məsələylə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Leyla Abdullayeva REAL-a açıqlama verdi.

Qeyd edək ki, “Ural hava yolları” şirkəti Azərbaycan Respublikası ilə də yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava uçuşları təşkil edir.

Share: