Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Ukraynanın əməkdar jurnalisti Aleksandr Efimoviçlə görüşüb.
Bu haqda Müstəqil.Az-a Ukrayna Azərbaycanlıları Radasına yaxın mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, görüş Efimoviçin təsisçisi və baş redaktoru olduğu “Faktlar və Şərhlər” (Фа́кты и коммента́рии) nəşrinin redaksiyasında baş tutub.
UAR həmtəsisçiləri Oleq Krapivin və Hikmət Cavadovun salamlarını baş redaktora çardıran Məmmədov disapora fəaliyyətində medianın rolunun və dəstəyinin vacibliyini vurğulayıb. “Biz sizi sadəcə media rəhbəri kimi yox, həm də vətənpərvər bir ictimai-siyasi xadim kimi tanıyırıq. Reallaşdırdığınız sosial proyetklər inanmağımıza əsas verir ki xalqlarımızın inteqrasiyası işinə də dəstək verəcəksiniz” deyən baş katib birgə əməkdaşlığa hazır olduqlarını bildirib.
Azərbaycan-Ukrayna əlaqələrinin inkişaf ettiyini, bunu sevindirici olduğunu bildirən əməkdar jurnalist əməkdaşlıqdan məmnun olacağının bildirib. “Biz peşəkarcasına və sisitemli bir yol xəritəsi hazırlamalıq. Sistemli görülən işlər hər zaman daha tez və daha uğurlu nəticələr verir.” deyən Efimoviç davamlılığın və stabilliyin əsas olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayan ictimai xadim Ukrayna Azərbaycanlıları Radasına uğurlar arzulayıb!