2024-cü ilin yanvar-mart aylarında nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1,6 faiz artaraq 53,5 milyon nəfər olub.
“-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,6 faiz artaraq 53,5 milyon nəfər olub.
2024-cü ilin yanvar-mart ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7 faiz və 6,9 faiz artıb.
Ümumilikdə, bu dövrdə əqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 54,6 milyon ton yük daşınıb. Yüklərin 3,5 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava, 55,7 faizi avtomobil nəqliyyatı, 32,4 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 5,3 faiz artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,4 faiz təşkil edib.