Üç şagird serial izlədiyi üçün edam edildi

Üç şagird serial izlədiyi üçün edam edildi

Şimali Koreyada 3 orta məktəb şagirdi edam edilib.

Müstəqil.Az xarici mediaya istinadən bildirir ki, buna səbəb isə şagirdlərin Cənubi Koreya serialına baxmaqları olub.

Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti yazıb ki, oktyabrın əvvəlində üç şagird Şimali Koreya ilə Çin sərhəddi yaxınlığında yerləşən Hyesan şəhərində Cənubi Koreya seriallarına və Amerika televiziya proqramlarına baxıblar. Onlar görüntüləri dostları ilə paylaşmaq istəyərkən səlahiyyətlilər tərəfindən yaxalanıblar. Həbs edilən şagirdlərə ölüm cəzası verilib.

2020-ci ilin dekabrında Şimali Koreyada Cənubi Koreya istehsalı olan audiovizualları idxal edən və ya paylayan hər kəsin edam edilməsi barədə qanun qüvvəyə minib. Seriala baxanların əksəriyyəti azyaşlılar olduğu üçün qanun onları da əhatə edir.

Xatırladaq ki, ötən il Kim Çen Inın “xərçəng” olaraq xarakterizə etdiyi K-pop musiqi qrupunun kliplərinə baxan yeddi nəfərin edam edildiyi ilə bağlı xəbərlər yayılmışdı.

Müstəqil.Az

Share: