Tomris Uyar şair yox, yazıçı, tərcüməçi idi, amma türk poeziyasının ən ünlü üç şairi onun üçün şeirləri ilə film çəkiblər. Tomris Uyar 2003-cü ildə 62 yaşında dünyasını dəyişib. Amma onu həyatında üç tanınmış şair sevib. Biri şair Cəmal Sürəya, ikincisi həyat yoldaşı Turqut Uyar və onu kənardan sevən şair Edip Cansevər olub. Dillər əzbəri olan bu sevgi hekayəsi zamanla medianın da gündəmini zəbt edib.
Tomris Uyarla Cəmal Sürəya hər ikisi evli olmalarına baxmayaraq bir-birilərinə aşiq olurlar. Bu münasibətlərinə görə hər ikisi həyat yoldaşlarından boşanıblar. Çünki Cəmal Sürəya onun üçün sevgi dolu bir insan idi.
Onların bu münasibətlərini yaxınları bilsə də, yalnız hər ikisi öldükdən sonra bunu mediaya açıqlayıblar. C.Sürəya isə Tomris üçün bu şeirini yazıb:
“Ay işığında oturduq,
biləyindən öpdüm səni.
Sonra ayaqda öpdüm,
dodağından öpdüm səni.
Qapı aralığında öpdüm,
nəfəsindən öpdüm səni.
Bağçada uşaqlar vardı,
uşağından öpdüm səni.
Evimə götürdüm yatağımda,
qasığından öpdüm səni…”