Ucalığa aparan ömür… – Leyla Məcidova yazır

Ucalığa aparan ömür… – Leyla Məcidova yazır
Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək, ölüm deyil Şəhid deməkdir.
Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.
Yazıçı publisit Elşad Barat Şəhidlər haqqında çox gözəl yazmışdır.
Salmısan ürəklərə,
Sonsuz məhəbbət Şəhid.
Bu yalançı dünyada
Mütləq həqiqət Şəhid.
Vətən müqəddəsdir, əzizdir. Onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur.”Vətəni sevməyən insan olmaz, olsa da, o, şəxsdə vicdan olmaz”.
Şəhidlik elə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə olur. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.
Bu vətənin adının
Hamısı sənin adın.
Bu ölkənin adının
Yarısı sənin adın
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Azərbaycanın bayrağını zirvələrə yüksəldən qəhrəman igidlərdən biri də şəhid,müddətdən artıq hərbi qulluqçu Mirzəhəsən Şahin oğlu Ağayevdir.
Qəhrəman Şəhidimiz Astara rayonunun Səncərədi kəndində dünyaya göz açmışdır.
Mirzəhəsən Ağayev Səncərədi kənd orta məktəbi bitirdikdən sonra,Astara pedaqoji texnikumuna daxil olmuş,müəllimlik peşəsinə yiyələnmişdir.
Hərbi xidməti Ağdamın cəbhə xəttindəki mövqelərindən birində başa vurmuşdu. O, xidmət zamanı qumbaraatan bölüyünün baş atıcısı olmuşdu. Hərbi xidmətini başa vurub qayıdan vətənpərvər əsgərimiz düşmənə nifrətindən, 2017-ci ildə müddətdən artıq hərbi xidmətə yazılaraq vətənin müdafiəsinə qoşulmuşdur.
Vətən müharibəsinin ilk günündən, Fizuli – Qubadlı istiqamətində, Suqovuşan, Hadrut və Ağbənd uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də əlaqə saxlayaraq,irəli gedəcəklərini söyləyib,narahat olmamaqlarını demişdir.
Sonuncu döyüşdən,döyüş yoldaşları ilə birgə, geri qayıtmayan Mirzəhəsənin sağ və ya şəhid olması ilə bağlı heç bir məlumat olmayıb. Sonradan məlum olub ki, pusquya düşən zaman döyüş yoldaşları ilə birgə düşmənə qarşı son damla qanlarına qədər qəhrəmanlıqla döyüşüblər. Həmin vaxt Mirzəhəsənlə birlikdə döyüşənlərin hamısı qəhrəmancasına şəhid olub.
Kəsirə ana və Şahin ata Vətən müharibəsinin tezliklə bitəcəyi və oğlunun sağ-salamat qayıdacağı günü səbirsizliklə gözləsələrdə.Düz 52 gün sonra övladlarının gəlişinə boyun aldığları qurbanı,qəhrəman şəhidin tabutu həyətlərinə girən zaman kəsdiriblər.
Mirzəhəsən kimi qəhrəman Şəhidlər – qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdırlar.
Puede ser una imagen de 6 personas, personas de pie, uniforme militar y al aire libre
Təsəllidir ailənə
Təbəssümlü şəkillər.
Sənin igidliyindən
Danışacaq nəsillər.
 
Vətən üçün yaşayıb öldün,
Sən torpağa deyil, ürəklərə gömüldün..
Qırdın qollardakı həsrət zəncirin,
Xalqın bayram etdi qələbəsini.
Şəhidim, Səninlə gördü bu ellər,
Haqqın qüdrətini,təntənəsini.
Susdurdun qorxmadan bədniyyətləri,
Polad iradənlə vurub, dağıtdın.
İgid babaların ruhu dirildi,
Qürurla zəfərin himnini çaldın.
Yumruqtək güc oldu xalq da rəhbərə
Torpağın şərəfin qoruyaq deyə.
Hiylələr,yalanlar göyə sovruldu
Cəsur ürəklərdə coşan sevgiylə.
Ucaldın bir daha xalqln gözündə,
Güc aldın ulular dəyanətindən.
Qeyrət dərsi keçdin qeyrətsizlərə,
Vətənsevgisindən,məhəbbətindən.
Can verdin,qan verdin torpağın üçün
Yurdu yağılardan boşaltmaq üçün.
Şəhidlik zirvəsin fəth etdin qardaş,
Doğma yurdumuzu yaşatmaq üçün.
Baxdı həsrət ilə anan yollara.
Hələ gəlişinə qurban da dedi.
El-oba fəxr etdi Səntək oğulla,
Tabutun önündə qurban kəsildi.
Qalmadı nə bircə nişanən,izin,
Hicran yoldaş oldu anana qardaş!
Müqəddəs məzarın and yerimizdir.
Təsəlli – əksini göstərən bir daş!
Səni çıxarmarıq ürəyimizdən,
Axı bu millətin qəhrəmanısan.
Azərbaycan adlı bu məmləkətin,
Sən ərən qeyrətli igid oğlusan
Mirzəhəsən, müqəddəs adın,özün də,
Oldun xalqımızın ən böyük oğlu!
Daim yaşayarsan ürəyimizdə,
Yudumun mübariz, qəhrəman oğlu!
 
Lənkəran Dövlət Universiteti
Tar.üz.f.d b/m
 
Məcidova Leyla Qadir qızı
 
Müstəqil.Az
Share: