Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb.
Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Tofiq Hətəm oğlu Qurbanov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə piyada, Ucar rayonunun Xalac kənd sakini, 1964-cü il təvəllüdlü Hüseyn Murad oğlu İsmayılovu vurub.
Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.