UEFA kimin oyunu ilə bağlı dəyişiklik edəcək?

UEFA kimin oyunu ilə bağlı dəyişiklik edəcək?

Hazırda AFFA UEFA ilə danışıqlar aparır.

Prosport.az saytı xəbər verir ki, 3 oyundan 1-nin yerinin və ya oyun gününün dəyişdirilməsi ilə bağlı AFFA və UEFA danışıqlar aparır.

Çox qəliz məsələ yaranıb.

1. “Qarabağ” – HİK oyunu dəyişdirilərsə. HİK buna razı deyil. Çünki 1 gün əvvəl artıq HİK Bakı üçün tədarükünü görüb, hətta Helsinkidən bura olan biletini də alıb böyük ehtimalla. Finlandiyadan da bura biletlərin necə od tutub yandığından xəbərdarsız yəqin ki.

2. “Neftçi” – “Beşiktaş” oyunu dəyişdirilərsə. Artıq 1 dəfə UEFA “Beşiktaş”a görə belə həngaməyə qol qoyub. Məhz bunun nəticəsidir ki, Bakıda 10 avqust üçün “bum” yaranıb. Ona görə də yer dəyişikliyi daha ola bilməz. Ən yaxşı halda, oyun günü dəyişdirilə bilər. Yəni 9 avqust tarixinə.

3. “Sabah“ – “Partizan” oyunu dəyişdirilərsə. “Sabah”ın etirazı budur ki, biz Bakı ərazisində yox, Abşeronda oynayırıq, məsələnizə bizi qatmayın, oyun planımızı pozmayın. Üstəlik, dünən 8-ci kilometr qəsəbəsində və Masazırda eyni gündə oyun baş tutub. Amma UEFA “Gənclik”lə (“Qarabağ”ın oynayacağı “Tofiq Bəhramov”a görə) Masazır arasındakı məsafəni nəzərə alıb, bu dəyişikliyi edə bilər. Çünki yeni adı ilə “Neftçi Arena” ilə “Bank Respublika Arena” arasında təxminən 33 km məsafə vardı və 1 gündə 2 oyunun keçirilməsində problem yox idi. Ancaq “Bank Respublika Arena” ilə “Tofiq Bəhramov” arasında 19 km məsafə var və bu, UEFA-nın dəyişiklik etməsi üçün əsaslı ola bilir.

Share: