UEFA rəhbərindən DÇ 2030 açıqlaması

UEFA rəhbərindən DÇ 2030 açıqlaması

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin 2030-cu ildə keçiriləcək dünya çempionatına İspaniya və Portuqaliyanın ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

O, bəyan edib ki, hər iki ölkənin yaxşı infrastrukturu və futbol tarixi var.

“Əminəm ki, 2030-cu il dünya çempionatı İspaniya və Portuqaliyada keçiriləcək. Bu təklif potensial qalibdir. Biz futbolla yaşayan və nəfəs alan, yaxşı infrastruktura malik iki ölkəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”, – Çeferin bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyununda İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün rəsmən iddia qaldırıblar. Bundan əvvəl Argentina, Uruqvay, Paraqvay və Çili də turnirə birgə ev sahibliyi etməkdə maraqlı olduqları bildiriblər.

Xatırladaq ki, İspaniya artıq 1982-ci ildə dünya çempionatını keçirib. Portuqaliya isə 2004-cü ildə Avropa çempionatına ev sahibliyi edib. İspaniya və Portuqaliya hələ 2018-ci ildə sonda Rusiyada keçirilən dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib.

Share: