Avrokuboklarda ötən gün keçirilən matçlardan sonra UEFA-nın reytinq cədvəli yenilənib.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasında Finlandiya HIK-i üzərindəki 2:1, “Sabah”ın Konfrans Liqasında Serbiya “Partizan”ı ilə görüşdəki 2:0 hesablı qələbələri Azərbaycanın xalını artırıb.
Hər qalibiyyətə görə 0,250 reytinq xalı əlavə edilib. Ümumilikdə ölkənin qazancı 0,500 olub. Son beş mövsümün nəticələrinə görə, Azərbaycanın balansı 16,250-yə çatıb. Bu, irəliləyiş üçün kifayət etməyib. Azərbaycan əvvəlki kimi 29-cudur. Lakin 28-ci Slovakiya ilə fərq 0,250-yə düşüb.
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasında Türkiyənin “Beşiktaş” klubuna 1:3 hesabı ilə məğlub olduğu üçün bu qarşılaşmadan xal əldə edilməyib.
Faiq Tahirov