Şimali Kipr Türk Cümhuriyyətinin Bakıya yeni təyin olunmuş nümayəndəsi Ufuk Turqaner Fəxri xiyabanı ziyarət edib.
Oxu.Az xəbər verir ki, Ufuk Turqaner Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün böyük şəxsiyyət olduğunu vurğulayıb:
“Heydər Əliyev Azərbaycan üçün, bütövlükdə türk dünyası üçün böyük bir liderdir. Onun mirası üzərində Azərbaycan çox işlər görməlidir və görür də. Heydər Əliyevin xatirəsi qarşısında hörmətlə və ehtiramla baş əyirik. Azərbaycanla münasibətlərin son zamanlar sürətlə inkişaf etməsi ümidvericidir. İnşallah, daha da yaxşılaşacaq, uğurlu nəticələr əldə edəcəyik. Eyni dili və dini paylaşırıq və Azərbaycana çox dəyər veririk”.
Sayad Həsənli