Uğurlu inkişafın təməli

Uğurlu inkişafın təməli

Prezident İlham Əliyev: “COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır”

Hazırda dünyada və Cənubi Qafqaz regionunda maraqlı qüvvələr ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. Qlobal oyunçular yeni qarşıdurma və münaqişə ocaqları yaradırlar. Azərbaycan əvvəlki illərdə Ermənistanla yaranmış gərgin vəziyyəti öz gücünə aradan qaldırıb. Bundan sonra xüsusən, bir sıra Qərb dövlətləri bu vəziyyətlə barışa bilmirlır. Eyni zamanda Azərbaycanın hərtərəfli şəkildə güclənməsi onlarda qısqanclıq yaradır. Azərbaycana “dişi batmayan” o ölkələr qonşu Gürcüstanda siyasi çaxnaşmalar yaradıblar. Əlbəttə ki, belə olan vəziyyətdə Azərbaycan da özünü mümkün olan xarici risklərdən və müdaxilələrdən daha da ciddi şəkildə qoruyur. Bu məsələ Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə dilə gətirilib. Önəmli olan onu da qeyd etmək istərdik ki, Azərbaycanda daxili risklər yoxdur. Dövlətin apardığı siyasət, görülən işlər ölkəni mümkün olan təhlükələrdən tam qoruyur. Bu siyasət belə də davam edəcək. Azərbaycan dövlətinin məqsədi xalqın rahat həyatını təmin etməkdir.

Hazırda hər bir ölkə üçün əsas üstünlük sabitlik və təhlükəsizlik məsələsidir. Sevindirici haldır ki, Azərbaycanda bu gün təhlükəsizlik qorunur. Baxmayaraq ki, bizim ölkə uzun müddət müharibə şəraitində olub. Maraqlıdır ki, məhz elə həmin zamanlarda belə, ölkəmizdə əmin-amanlıq və sabitlik yüksək səviyyədə qorunurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan şanlı Zəfər qazandıqdan sonra təhlükəsizlik daha da möhkəmlənib. Necə deyərlər, dövlət sərhəddən başlayır. Artıq dövlətimizin ərazi bütövlüyü tam bərpa edilib. Bütün sərhədlərimiz boyunca Azərbaycan əsgəri fəxrlə keşik çəkir. Artıq separatçılar ölkəmizdən qovulub. İstər sərhədlərimizdə, istərsə də ölkə daxilində təhlükəsizlik təmin olunub.

Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Sabit və təhlükəsiz ölkə olaraq tanınan Azərbaycan müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Bu baxımdan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizin yeni imicinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Lakin ən önəmli məsələ bu beynəlxalq tədbirdə təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan üçün təminatlı təhlükəsizlik məsələsi hər zaman ən birinici şərtdir. Prezident İlham Əliyev 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bu məsələ ilə bağlı da fikirlərini bildirib. “COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır”, – deyə dövlətimizin başçısı qeyd edib. Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə daha da möhkəmlənir. COP29-un təhlükəsiz və yüksək səviyyədə keçirilməsi Azərərbaycana olan beynəlxalq inam və etimadı daha da gücləndirəcək. Dövlətimizn başçısı həmkarlarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşləri olur. Cənab Prezident bir çox xarici ölkələrə səfərlər edir. Həmçinin müxtəlif ölklərin dövlət və hökumət başçıları Azərbaycana səfərlər edirlər. Bütün bunlar Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Azərbaycanın ikitərəfli formatda əldə edilmiş razılaşmaları aktiv şəkildə icra edilir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, bizim sözümüzə inanırlar. Azərbaycan rəhbərliynin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Məhz buna görə də  COP29-un təhlükəsizliyinin təminatına heç bir şübhə ola bilməz.

Azərbaycan Prezidenti builki rəsmi görüşlərinin, demək olar ki, hər birində COP29-la bağlı öz fikir və mövqeyini bildirir. Elə Berlində “Euronews”a verdiyi müsahibəsinin də əsas mövzusu COP29 olub. Cənab Prezident dünyanın məşhur bu kanalında beynəlxalq aləmdə bir daha COP29-la bağlı əminlik yaradıb: “Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”. COP-29-la bağlı Azərbaycanın qarşısında duran vəzifələr var. Bununla bağlı Prezident İhlam Əliyev səviyyəsində müşavirə keçirilib və aidiyyəti qurumlara ciddi tapşırıqlar verilib.  Ölkə başçısının müvafiq sərəncamı ilə COP29 Təşkilat Komitəsi yaradılıb. Mütəmadi olaraq COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclasları keçirilir.

Azərbaycan dövləti dünya dövlətləri ilə sağlam şəkildə əlaqə yaratmağa, iqtisadi əlaqələrin güclənməsinə önəm verir. COP29 çərçivəsində də bu və digər istiqamətlərdə müxtəlif dövlətlərlə əlaqələr qurulacaq. Bu baxımdan araşdırma və müzakirələr aparılır. Dövlətimizin istəyi dünya dövlətlərinin qlobal problemlərinin həllindən birliyə çağırmaqdır. Cənab Prezident müsahibəsində deyib ki, COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik: “Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

Paytaxt Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Cənab Prezidentin də hər zaman dediyi kimi, ölkəmiz sabit və təhlükəsiz ölkə olaraq tanınıb və dünya ölkələri tərəfindən qəbul olunub. Bütün bu göstəricilərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı günü-gündən artıb. Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik ən yüksək səviyyədədir və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirir. Ölkə başçısının əmir və göstərişləri vaxtında və zamanında həyata keçirilir. Bütün bunlar əsasən ölkəmizdə il ərzində bir çox beynəlxalq tədbir və konfranslar təşkil olunur, idman yarışları keçirilir. Hazırda isə əsasən COP29-a ciddi hazırlıq gedir. Bu, həm Azərbaycan, həm də digər dünya dövlətləri üçün həmrəylik tədbiri olacaq.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Share: