Uill Smit 3 ay sonra üzr istədi — Video

Hollivud ulduzu Uill Smit mart ayında “Oskar” kino mükafatının təqdimetmə mərasimi zamanı yaşanan insidentə görə üzr istəyib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Uill Smit tədbirin aparıcısı aktyor Kris Roka şillə vurmasına görə üzr istəyib və bununla bağlı video lentə alıb. 

Smit öz davranışının yolverilməz olduğunu vurğulayıb. O bildirib ki, Kris Rokla əlaqə yaradıb və onunla görüşməyi xahiş edib. K.Rok isə görüşdən imtina etsə də, Smitlə danışmağa hazır olduğu zaman bunu dilə gətirəcəyini qeyd edib. 

Xatırladaq ki, sözügedən insident martın 28-i Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimi zamanı baş verib. Belə ki, insidentə səbəb Kris Rokun Uill Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti “Əsgər Ceyn” adlandırması olub. Bunu eşidən U. Smit tamaşaçı zalından səhnəyə qalxıb və aparıcıya şillə vurub. Həmin an səs itib, lakin kameralar baş verənləri lentə alıb.

 


Share: