Ukrayna əsgərləri Rusiya Silahlı Qüvvələrinin 18-ci motoatıcı briqadasının polkovnik-leytenantını əsir götürüblər.
Müstəqil.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik-leytenantın əsir götürüldüyü anın fotosu Ukraynanın teleqram kanallarında yayılıb.
Bildirilir ki, əsir götürülən şəxs Artyom Vladimiroviç Helemendikin 39 yaşı var. O, 90 151 saylı hərbi hissənin məntəqə rəisidir.
Müstəqil.Az