Ukraynanın Səhiyyə Nazirliyi 100 min əhaliyə düşən aktiv koronavirus hadisələrinin sayının göstəricilərini nəzərə alaraq “qırmızı” və “yaşıl” zonalardakı ölkələrin siyahısını yeniləyib.
Müstəqil.az Modern.az-a istinadla xəbər verir ki, Ukrayna “qırmızı zona”dakı ölkələrin siyahısını 66-ya endirib. Bu, əvvəlki siyahıdan 12 dəfə azdır.
Azərbaycan daxil olmaqla Türkiyə, Moldova, Bosniya, Ermənistan, İordaniya, Beliz, Bolqarıstan, Norveç, Surinam, Paraqvay, Dominik Respublikası və İran “qırmızı zona” ölkələri siyahısından çıxarılıb.