Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” («Етнічний віночок») festivalında iştirak edib

Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” («Етнічний віночок») festivalında iştirak edib

“Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!” şüarı ilə keçirilən festival Ukraynanın Dövlət Bayrağı Günü və Ukraynanın Müstəqilliyinin 30-cu ildönümüə həsr olunub.

Müstəqil.Az xəbər verir ki, Bayram tədbirində iştirqk edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyadının rəhbəri Dmitri Ratnikovla görüşüb. UAR həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini adminstrasiya rəhbərinə çatdıran baş katib Ukrayna xalqına birlik, qələbə və sürətli inkişaf arzuladığını bildirib.
 
Ermənistan nümayəndələrinin qatılmadığı festival Ukrayna Azərbaycanlıları Radasının fəal üzvü, xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukraynanın xalq artisti, ictimai xadim Raisa Nedaşkivskayanın təşkilatçılığı ilə baş tutub.
 
Azərbaycanla yanaşı rekord sayda, dünyanın 62 ölkəsinin milli mədəniyyət nümunələrinin təqdim edildiyi festivalda ölkəmizi Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbadov Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə təmsil edib.
 
Festival iştirakçılarına müasir informasiya texnologiyaları ilə Ukrayna naxışlarının gözəlliyinin unikal birləşməsi – Desnyanskiy rayonu haqqında çəkilmiş bir film olan Ukrayna ornamenti ilə işlənmiş QR kodu təqdim olunub. Bu eyni zamanda “İlk dəfə. İT texnologiyaları” nominasiyasında yeni rekord hesab olunur!
 
Bayraq günün mübarək, Ukrayna!
Müstəqillik günün mübarək, Ukrayna!
Слава Україні!
Müstəqil.Az
Share: