Ukrayna Azərbaycanlıları Radasında Ze!Molodyojka gənclər təşkilatının beynəlxal əlaqələr şöbəsinin rəhbəri Alina Poddubnaya, UAGR sədri Vaqif Nağıyev və gənc fəallar ilə görüş keçirilib.
Ze!Molodyoika ilə qarşılıqlı memorandum imzalanacaq
Gənclər arasında futzal turniri keçiriləcək
Bu haqda Müstəqil.az-a Ukrayna Azərbaycanlıları Radasından məlumat verilib.
Görüş zamanı giriş sözü ilə qonaqları salamlayan Ukrayna Azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov Ze!Molodyojka ilə üçüncü dəfə görüşdüklərini xatırladaraq bildirib ki əməkdaşlığın intensivləşməsi sevindiricidir. “Təşkikatlararası münasibətlərin peşəkarcasına qurulması və daha da inkişaf etdirilməsi üçün qarşılıqlı memarandum imzalanması vacibdir” deyən Məmmədov UAR həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və Ze!Molodyojka rəhbəri, millət vəkili Aleksandr Sançenko tərəfindən imzalanacaq memorandumun gənclərimiz üçün böyük dəstək olacağını vurğulayıb. UAR baş katibi gəncərin birgə tədbirlərin təşkilinə hər zaman dəstək verəcəklərini bildirib.
İlk beynəlxalq əlaqələrinin Azərbaycan diasporu və gənclər təşkikatları ilə başladığını bildirən Ze!Molodyojka təmsilçisi Alina Poddubnaya görüş iştirakçılarına təşəkkür edib. Memarandum proekti üzərində çalışacaqlarını bildirən şöbə rəhbəri azərbaycanlı gənclərlə işləməkdən məmnun olduqlarını qeyd edib. “Ze!Molodyojkanın 3000 aktuv üzvü var. Kiev və Nikolayev təşkikatlarının rəhbərləri isə etnik azərbaycanlılardır. Biz belə gəncələri daha çox aramızda görmək istəyirik” deyən Alina Poddubnaya multikultural dəyərlərə hər zaman üstünlük vurğulayıb. Gənclər üçün liderlik, ilk tibbi təcili yardım, natiqlik seminarları, həftə sonu marafonları kimi yarışlar təşkil etdiklərini bildirən Poddubnaya azərbaycanlı gəncləri də aktiv olmağa çağırıb.
Ukrayna Azərbaycanlı Gənclər Radasının sədri, tanınmış vokalist Vaqif Nağıyev ilk əməkdaşlıq təklifi verib: “Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyli günü gəlir. Bu münasibətlə gəncər arası futzal turniri keçirməyi planlaşdırırq” deyən Nağıyev Ze!Molodyojkanı turnirdə iştiraka dəvət edib. UAGR sədri qeyd edib ki fərqli mövzularda debatların təşkili gənclərin hərtərəfli inkişafına faydalı olacaq.
Gənclərin qarşılıqlı müzakirəsi ilə yekunlan görüşdə müxtəlif peşə sahibləri ilə yanaşı yüngül çəkidə peşəkarlar arasında Ukrayna çempionu Nəzri Rəhimov da iştirak edib.
Ceyhun Kəsəmənli