Ukrayna bu gün vurulan İran PUA-larının sayını açıqladı

Ukrayna bu gün vurulan İran PUA-larının sayını açıqladı

Ukraynanın Hərbi Hava Qüvvələri bu gün Rusiya qüvvələrinin Ukraynanın mülki infrastrukturunu məhv etmək üçün işə saldığı 15 İran PUA-sını vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial media hesabında paylaşım edilib.

Məlumatda deyilir ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası cari gündə 6 zərbə endirib:

“Silah və hərbi texnikanın cəmləşdiyi 2 ərazinin, 2 dayaq məntəqəsinin, həmçinin düşmənin zenit-raket komplekslərinin 2 mövqeyinin məğlubiyyəti təsdiqlənib. Hava hücumundan müdafiə bölmələri 15 “Şahed-136” PUA-sı vurub”.

Qeyd edilir ki, bunlar İranın Rusiyaya satdığı PUA-lardır.


Share: