2024-cü ildə Ukrayna 2 milyona yaxın dron istehsal edə biləcək.
UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye nazirinin müavini Anna Qvozdyar bildirib.
Onun sözlərinə görə, ümumilikdə bu sektorda 200-ə yaxın Ukrayna şirkəti iştirak edir, onlardan 60-a yaxını artıq dövlət müqaviləsinə daxil edilib.
“Prezidentin Ukraynada bir milyon pilotsuz uçuş aparatı istehsalının mümkünlüyü ilə bağlı dediyi söz hamını heyrətə gətirib və çoxları nədənsə buna inanmayıb. Sizi əmin edə bilərəm ki, Ukrayna istehsal baxımından artıq milyon həddini xeyli keçib. Mən əminəm ki, bu il hətta 2 milyon həddinə çatacağıq “, – Qvozdiar qeyd edib.
Nazir müavini deyib ki, bunlar müxtəlif tipli dronlar olacaq. Belə ki, Ukrayna süni intellekt texnologiyalarından istifadə edərək yeni tip pilotsuz uçuş aparatları üzərində işləyir.
Anna Qvozdyar qeyd edib ki, süni intellekt belə dronlara hətta əlverişsiz şəraitdə marşrut üzrə hərəkət etməyə və hədəflərə çatmağa imkan verəcək.