Ukraynanın 2023-cü il büdcəsinin maliyyələşdirilməsinə daxil olan bütün vəsaitlərin demək olar ki, yarısı xaricdən alınıb.
Bu barədə Ali Radanın rəsmi “Telegram” kanalında məlumat yayılıb.
Parlamentin büdcə komitəsinin sədri Roksolana Pidlasın sözlərinə görə, 2023-cü ilin əvvəlindən Qərbin respublikaya büdcə yardımı 25,3 milyard dollar təşkil edib.
“İlin birinci yarısında xarici resurslar bütün ümumi fond daxilolmalarının 49,1 faizini təşkil edib”, – o, vurğulayıb.
Siyasətçi qeyd edib ki, bütün 2022-ci il ərzində Ukrayna analoji sxem üzrə 32,3 milyard dollar alıb ki, bunun da təxminən 12 milyard dolları ABŞ-nin töhfəsi olub.