Ukrayna Daxili İşlər Nazirliyi Moskva və bütün Rusiyanın Patriarxı Kirili axtarışa verib.
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, Patriarx Kirill Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışdadır və “ibtidai istintaqdan gizlənir”.
O, noyabrın 11-dən axtarışdadır. Bundan əlavə, din xadiminin nəzarətə götürülməli olduğu bildirilir.
Ukrayna Təhlükəsizlik Xidməti Patriarx Kirillə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açıb.
Krill Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə təqsirləndirilir.