Ukrayna gələn il 1 milyon dron istehsal edəcək.
xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin “Telegram”da yazıb.
Nazirin sözlərinə görə, söhbət FPV (first-person-view) dronlarından gedir, çünki həmun uçuş aparatları ucuz başa gəlir və daha effektiv nəticə verir.
Kamışin qeyd edib ki, ölkəsi bu ayın əvvəlindən artıq 50 mindən çox dron istehsal edib:
“Gələn il FPV dronları ilə yanaşı, 10.000 ədəddən çox orta mənzilli (yüzlərlə km) və 1.000 ədəddən çox 1000 km-lik uçuş məsafəsi qət edən aparatlar istehsal edə bilərik. Bütün istehsal gücləri hazırdır, gələn il üçün müqavilələrin icrasına başlayırıq”, – deyə ukraynalı nazir əlavə edib.