Ukrayna vətəndaşlarının Rusiyaya Gürcüstan ərazisi ilə partlayıcı keçirməyə çalışması rəsmi Kiyevin Gürcüstanda ikinci cəbhə açmaq istədiyinin sübutudur.
-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş nazir namizədi İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Ukrayna bu yolla Gürcüstanın dövlət maraqlarını təhdid edib.
“Kənardan kiminsə Gürcüstanı Rusiya təcavüzünün hədəfinə çevirməyə çalışması çox ciddi və çox narahatlıq doğuran bir məsələdir. Bu bir daha Ukrayna hökumətinin yüksək rütbəli rəsmilərinin bizim ölkəmizdə ikinci cəbhə açılmasını istədiklərini sübut edir. DTX-nin aşkarladığı bu faktlar bunun daha bir təsdiqidir”, – Kobaxidze deyib.
Kobaxidze Ukrayna səfirliyinin məsələ ilə bağlı bəyanatına da münasibət bildirib.
“Əgər Ukraynanın Gürcüstanda səfiri olsaydı, onlar ehtimal ki, belə bəyanat verməzdilər”, – o, deyib.