Ukrayna hərbçiləri Yasnoqorodka və Puşça-Voditsa vasitəsilə Kiyevə daxil olmağa çalışan rusiyalı hərbçilərin qarşısını alıb.
Müstəqil.Az bu barədə deputat Viktoriya Syumar “Facebook” səhifəsində məlumat verib.
“Kiyev bölgəsindəki müsbət xəbərlər barədə. Rusiya silahlıları İrpendəki Jitomir şossesindən daha da uzağa, Yasnoqorodka və Beloqorodkaya tərəf keçməyə çalışırlar. Beləliklə, Yasnoqorodkada bizimkilər onları geri atdılar. İndi ərazidə onların çoxlu cəsədləri qalıb. Həmçinin, Puşça-Voditsa vasitəsilə Kiyevə daxil olmaq cəhdi də baş tutmayıb.”, – deputat bildirib.
Müstəqil.Az