Ukrayna hərbçiləri Qostomel vilayətində komandir Maqomed Tuşayevin rəhbərlik etdiyi çeçenlərdən ibarət silahlılar dəstəsini məhv ediblər. Yerli KİV-lər xəbər verir ki, məlumat prezident aparatında təsdiqlənib.
Tuşayev Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri olub. İnterfaks-Ukrayna xəbər agentliyinə Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, bunu bölmənin əsir götürülən üzvü təsdiqləyib.
Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yazır ki, “əməliyyatın ləngiməsinə düşmənin alçaqcasına mülki infrastrukturun arxasında gizlənməsi səbəb olub”.
Müstəqil.Az