“Qara dəniz sakit və əmin-amanlıq ehtiva edən bir ərazi idi”.
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsinə nail olduq. Eləcə də biz digər ölkələrlə hazırda danışıqlar aparmaqdayıq. Düşünürəm ki, bu danışıqlar sülhlə nəticələnəcək. Bir həqiqət var ki, Qara dəniz bütövlükdə region üçün kommersiya əhəmiyyətini itirməyib”, – nazir əlavə edib.
Hakan Fidan deyib ki, Ukraynadakı müharibə həll olmalıdır.
“Müharibə özü böyük bir faciədir. Bu, minlərlə insanın itkisi deməkdir, infrastrukturun dağılması deməkdir. Doğrudur, hazırda kütləvi qırğın silahlarından istifadə edilmir. Amma vəziyyət lap irəli getsə, necə?”, – o sual edib.