NATO baş katibinin müavini Mirça Coane hesab edir ki, Rusiya Ukrayna üzrə danışıqlardan yenidən silahlanma üçün istifadə edə bilər və buna görə də alyans ölkələri ehtiyatlı olmalıdırlar.
xəbər verir ki, Coane bunu Britaniyanın “LBC” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamaq qərarını özü verəcək.
NATO baş katibinin müavini bildirib ki, Ukrayna tədricən alyansa üzv olacaq, lakin bu prosesin vaxtı barədə məlumat veməkdən imtina edib.
O əlavə edib ki, hazırda NATO-nun “Ukraynanı dəstəkləmək üçün mənəvi və hüquqi öhdəliyi” var.